`Ölənlər arasında azərbaycanlı yoxdur` - Rusiyadan xəbər gəldi


21:07     03 Aprel 2017 teror%20rusiya.jpg

"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".


Femida.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib.
O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2431


Oxşar xəbərlər